BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Lisenziyasız fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır

Sahibkarlığın tərkibini yaradan əməllərdən biri də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə sahibkarlıq fəaliyyəti göstərməkdir.

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci bəndinə əsasən, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Əlbəttə, sahibkarlıq fəaliyyətini həyata keçirən istənilən şəxsin lisenziya almaq öhdəliyi yoxdur və lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərəcək şəxslərə verilir. Qanuna əsasən, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:

  • fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;
  • fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;
  • fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;
  • fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur.

Göründüyü kimi, bu sahələrin lisenziyalaşdırılması dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin, insanların həyat və sağlamlığının qorunmasına istiqamətlənmiş addımdır.

Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq olaraq 1 və 2 nömrəli əlavələri ilə müəyyən edilmişdir. Lisenziya tələb edən fəaliyyət növlərinə özəl tibb fəaliyyətini, əczaçılıq fəaliyyətini, təhsil fəaliyyətini, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərini, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini, liftlərin quraşdırılması və təmiri fəaliyyətini və s. misal göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli 866 nömrəli Fərmanı ilə lisenziya (icazə) verilməsi sahəsində dövlət siyasətini və metodiki rəhbərliyi həyata keçirən səlahiyyətli orqan olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 24 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) verilir. Lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar ərizəçi qismində çıxış edir. Lisenziyalar (sellülar (mobil) rabitə xidmətləri üzrə fəaliyyətə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir.

Qanunsuz sahibkarlığın obyektiv cəhətinə daxil olan digər əməl lisenziyalaşdırma şərtlərinin pozulmasıdır. Belə pozuntular lisenziyada və ya onun əlavələrində nəzərdə tutulmayan fəaliyyətlə məşğul olma, həmin növ fəaliyyətin həyata keçirilməsi üçün zəruri şərtlərə (sanitariya-gigiyenik normalara, istehsal-təsərrüfat sahəsinin ölçülərinə və s.) riayət edilməməsi, müəyyən məcburi şərtlərə məhəl qoyulmaması və s. hərəkətlərdə ifadə oluna bilər.

Lisenziya tələb olunduğu halda lisenziya almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmanın inzibati xəta, yoxsa cinayət tərkibi yaratması vurulmuş zərərin və ya əldə edilmiş gəlirin həcmindən asılı olaraq müəyyənləşdirilir.

İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Həmin maddənin qeyd hissəsində təsbit edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cəzalandırılır. Başqa sözlə desək, əgər qeyd olunan əməllər nəticəsində 50.000 manatadək ziyan vurular və ya bu miqdarda gəlir əldə edilərsə, həmin əməllər inzibati xəta, 50.000 manatdan yuxarı miqdarda ziyan vurulması və ya gəlir əldə edilməsi ilə nəticələnərsə, cinayət tərkibi yaradır.

Burada vurulmuş ziyan dedikdə dövlətə, fiziki və hüquqi şəxslərə dəymiş əmlak itkisi, ayrı-ayrı şəxslərin sağlamlığına dəymiş zərər, habelə əldən çıxmış mənfəət başa düşülə bilər. Əldə edilmiş gəlir dedikdə isə təqsirkarın qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi pul vəsaitlərinin, əmlakın və pulla ifadə oluna bilən digər maddi dəyərlərin məcmusu başa düşülməlidir.

Onu da qeyd etmək istərdik ki, inzibati xəta tərkibi yaradan qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin miqdarının artması cinayət məsuliyyətinin və buna müvafiq olaraq cəzanın ağırlaşmasına səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan 192.1-ci maddəsində nəzərdə tutulan əməllər:

1) fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “xeyli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 200.000 manatdan artıq olmayan məbləğ başa düşülür.

2) mütəşəkkil dəstə tərəfindən törədildikdə, həmçinin külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burada “külli miqdar” dedikdə 200.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ başa düşülür.

3) xüsusilə külli miqdarda ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan mәblәğ başa düşülür.

Cinayət Məcəlləsinin 73-2.2-ci maddəsində qeyd edilir ki, həmin Məcəllənin 192-ci maddəsində (Qanunsuz sahibkarlıq) nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.6-cı maddəsinə əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilən operativ vergi nəzarətinin predmetlərindən biridir və qanunsuz sahibkarlıq tərkibini yaradan bu əməllərin səlahiyyətli orqanlar tərəfindən aşkar edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir.

Müəllif: “Business Service Centre” şirkətinin hüquqşünası Xəyalə Əfəndiyeva

Digər bloqlar

Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər kimlərə və nə üçün verilir? Azərbaycanda əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə güzəştlər müəyyən kateqoriyalara aid olan şəxslərə verilir. Bu güzəştlərin məqsədi sosial ədaləti təm...
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının ərazisində mülkiyyət...
Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir? Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən, dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadəl...
Hansı meyarlara görə sahibkarlıq subyektləri riskli vergi ödəyicisi sayılır? Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.  Bəs bu...
Əməkhaqqı hesablanarkən gəlir vergisi üzrə azadolmalar Gəlir dedikdə rezident vergi ödəyiciləri üçün Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda əldə edilən, qeyri-rezident vergi ödəyiciləri...
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir? Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın gir...
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir? “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın 2.4-cü maddəsinə əsasən, pul vəsaiti fərdi sahibkarın özü tə...
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir? Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ...
ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer necə müəyyən olunur? Vergi Məcəlləsinin 168-ci maddəsi ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yerdən bəhs edir. Maddə 168.1.1. Daşınmaz əmlakın o...
Hansı malların təqdim olunması vergi hesablanmasına əsas vermir? Vergi Məcəlləsinin 102.1.7.maddəsinə əsasən, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq ...
Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından məlumatlar daxil olduğu halda kameral vergi yoxlamasının müddəti necə tənzim...
ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000...
İcarədə olan əsas vəsaitlərə çəkilən təmir xərclərinin gəlirdən çıxılması İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri, müddəti və digər şərtləri qanunvericiliklə müəyyən edilən qaydada icarəyə verənlə icarəçi arasında bağlanan müqav...
Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib 2023-cü ildən qüvvəyə minmiş  qüvvəyə minmiş Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəy...
Səyyar vergi yoxlaması zamanı ekspert və ya mütəxəssis hansı hallarda cəlb edilir? Vergi ödəyicilərində yoxlamalar həyata keçirilərkən vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul etmək üçün əhəmiyyətli olan bütün halları...
İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri ilə bağlı nələrə diqqət yetirilməlidir? Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən,...
Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Hüquqi və fiziki şəxslər ötən il üzrə əmlak vergisi bəyannaməsini mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.  Vergi Məcəlləsinin...
ƏDV əvəzləşdirilməsinə xüsusi çəkinin tətbiqi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisind...
Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur? Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (i...
İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır? Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasə...
Xərclər hansı halda gəlirdən xüsusi çəki əsasında çıxılır? Vergi ilinin sonuna yaxınlaşarkən bütün vergi ödəyiciləri gəlirlərinə və bu gəlirlərin əldə edilməsilə bağlı çəkilən xərclərinə xüsusi diqqət yetirməlidirlər...
Fiziki şəxslərin faiz gəlirlərindən verginin tutulması Faiz gəlirlərinin iki dəfə vergiyə cəlb edilməməsi qanunvericilkdə diqqət mərkəzində olan məsələlərdəndir. Mövzunu “vergiler.az” üçün “Business Service Centr...
Gec ödənilmiş ƏDV məbləğinə görə maliyyə sanksiyasının tətbiqi hansı hallar üçün nəzərdə tutulur? Vergi Məcəlləsinin 58.6- cı maddəsinə əsasən, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu...
Yükdaşıma şirkətlərinin vergi və sosial öhdəlikləri necə hesablanır? Yüklərin daşınması xidməti yerli və beynəlxalq daşıma olaraq iki formada həyata keçirilə bilər.  “Fərqlənmə nişanı” almış ölkədaxili yükdaşıma fəaliyyəti ...
Əlilliyi olan şəxslərin çalışdığı müəssisəyə mənfəət vergisi güzəşti necə müəyyənləşdirilir? Vergi Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi ola...
Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri Vergi Məcəlləsinin 218.4.4 maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutula...
Mülki-hüquqi müqavilə ilə işləri yerinə yetirən fiziki şəxslərin vergi və sosial ödəniş öhdəlikləri Mülki-hüquqi müqavilələr mülki qanunvericiliklə tənzimlənir.  Vergi Məcəlləsinin 101.1-3 cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və...
Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər.  Müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ...
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunveric...
Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu Hesablama metodundan istifadə etməklə gəlir və xərclərin uçotu qaydaları Vergi Məcəlləsinin 134 – 136-cı maddələri ilə tənzimlənir. Hesablama metodundan isti...
Malların ixrac qeydi ilə satışının ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qey...
Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması: nəzərə alınan və alınmayan dövrlər Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin v...
Hərbi toplanışa çağırılan işçinin əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 179-cu maddəsində qeyd olunur ki, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilmə...
Əsas vəsaitlərin təmirinə sərf edilən xərclərin gəlirdən çıxılması Hər bir müəssisənin gəlir (mənfəət) vergisi hesablanarkən, gəlirin əldə edilməsi ilə bağlı müəyyən xərclər ümumi gəlirdən çıxılır. Həmin xərclərdən biri də ə...
Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası həm mühasibat, həm də vergi uçotunda eyni qaydada özünü əks etdirir. Vergi Məcəlləsini...
Qeyri-maddi aktivlər: mühasibat uçotu və vergi uçotu Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, müəssisəyə gələcək iqtisadi səmərə gətirən aktivlər aiddir. Qeyri-m...
Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd ...
Barter əməliyyatlarının rəsmiləşdirilməsi və bu əməliyyatlar zamanı ƏDV-nin əvəzləşdirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alı...
İkiqat vergitutmanın aradan qaldırılması üçün DTA ərizə formaları DTA (Double Taxation Agreements) formaları - Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğ...
Vergitutma obyekti Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütə...
Mühasibat uçotunda səhvlərin düzəldilməsi Mühasibat uçotundakı səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Mühasibat uçotunda səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdi...
Payın alqı-satqısından əldə olunan gəlirə (mənfəətə) görə vergi azadolmaları Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdi...
Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxsin vergi və sosial ödənişlərlə bağlı öhdəlikləri Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məb...
Elektron alış aktıyla rəsmiləşdirilən malların satışı zamanı gəlirin və xərcin tanınması Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə istinadən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib e...
Ödəmə mənbəyində faizlərdən vergi tutulması Məlum olduğu kimi, faiz gəliri fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən, müəssisələr üçün isə satışdankənar gəlir hesab edilir. Ödəmə mənbəyində ...
Vergi dövrünün dəqiqləşdirilməsi Vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların ləğv edilməsi və dəqiqləşdirilməsi haqqında oxuculara məlumat vermək istəyirəm. Hər bir sahibkarın aparı...
Ezamiyyət xərcləri Ezamiyyət xərcləri haqqında məlumatlar ekspertlər tərəfindən cox müzakirə olunub və misallar ilə açıqlamalar da verilmişdir. Bugün ezamiyyət xərcləri haqqınd...