Mülki-hüquqi müqavilələr mülki qanunvericiliklə tənzimlənir.
Vergi Məcəlləsinin 101.1-3 cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir. Bu Məcəllənin 150.1.3-cü və 150.1.7-ci (vergi orqanlarında uçota alınmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə) maddələri tətbiq edilərkən gəlir vergisi bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulan verginin dərəcəsi müvafiq olaraq pensiya alan və xidməti göstərən şəxsin gəlirlərinə tətbiq edilməklə hesablanır.
Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 14.5.2 ci maddəsinə əsasən, ödəmə mənbəyində sosial sığorta haqqı, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4 cü maddəsinə əsasən, icbari tibbi sığorta haqqı tutulur.
Misal: “AA” MMC avadanlığını vergi orqanında uçotda olmayan fiziki şəxsə 2022-ci ilin yanvar ayında təmir etdirib. Razılaşdırılmış məbləğ tutulmalar (vergi, MDSS) daxil olmaqla 2.700 manat olub. Ödəniş 2022-ci ilin fevral ayında edilib və borc tam bağlanıb. Tutulmaları, eləcə də fiziki şəxsə ödənilən məbləği hesablayaq.
Ödəmə mənbəyindən vergi:
(2500 x 14%) + (200 x 25%) = 350 + 50 = 400 manat
Məcburi dövlət sosial sığorta haqqı:
2700 x 25% = 675 manat
İcbari tibbi sığorta haqqı:
2700 x 2% = 54 manat.
Fiziki şəxsə ödənilən haqq:
2700 – 400 – 675 – 54 =1571 manat.
Qeyd edək ki, bu halda diqqət olunan başqa bir məqam tutulmaların 2022-ci ilin fevral ayına aid edilməsidir.
Müəllif: “Business Service Centre” şirkətinin Maliyyə və mühasibatlıq üzrə layihə rəhbəri Elxan Babayev
Mənbə