Biz Kimik?

25 ildən çoxdur ki, peşəkar komandası ilə bilik və təcrübələrini müştərilərinə təqdim edən “Business Service Centre” MMC ilk fəaliyyətə başladığı zamanlarda əməkdaşlıq etdiyi şirkətlərə günümüzdə də kompleks şəkildə xidmət göstərir. Maliyyə və mühasibatlıq, hüquq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “BSC Group”-un töhfəsi xüsusi olmuşdur. Məhz bunun məntiqi nəticəsində məmnun müştərilərin məsləhəti ilə “BSC Group” bir çox yeni yeni müştərilərin etibarını da qazana bilmişdir. Hal-hazırda təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 100-dən artıq şirkətlə uğurla əməkdaşlıq edir.

25+il
təcrübə
80+
əməkdaş
7
“ASAN Xidmətdə” BSC mərkəzi
10
partnyorlar

Etİbarlıq

 

01

Mükəmməllİk

02

Cavabdehlİk

03

Əməkdaşlıq

04

Peşakarlıq

05

İnnovasİya

06
Missiyamız
daha professional,
çevik olmaq
və müştərilərimizə
daha çox dəyər
verməkdir.

Müştərilərimizin biznesi haqqında hərtərəfli məlumatlı olmağımız bizim işimizin səmərəliliyinin daim yüksək səviyyədə olmasının əsas meyarıdır. Sizin sorğularınıza zamanında cavab verməklə yanaşı konfidensiallığın tam təmin edilməsinə təminat veririk. Məqsədimiz hər bir müştərimizin biznes fəaliyyətinin daha verimli olmasına yardımçı olmaq və müştərilərimizlə uzunmüddətli əməkdaşlığın əsasını qoymaqdır. Ən yüksək nəticələr əldə etmək üçün bütün bilik, bacarıq və imkanlarımızı tətbiq etməyə hazırıq.

“Business Service Centre” MMC-yə hüquq, mühasibatlıq, kadr və insan resurlarının idarəedilməsi xidmətləri üzrə işlərinizi həvalə etdiyiniz zaman məqsədlərinizi özünə yaxın bilən, bütün bilik və bacarıqlarını sizə keyfiyyətli xidmət göstərməyə səfərbər edən peşəkar komandaya etibar etmiş olursunuz.

Partnyorlar