Vakansiyalar

Aparıcı Mühasib

Vəzifə öhdəlikləri
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
Vəzifəyə olan tələblər
  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Aparıcı mühasib” yazaraq hr@bsc-group.az mail ünvanına göndərilməsi xahiş olunur.


Elanın paylaşılma vaxtı 19 Oct 2023
Staj Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
Yaş həddi 25-55
Təhsil İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil
İş rejimi Tam iş günü
E-mail hr@bsc-group.az
CV yüklə