BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Vəzifə öhdəlikləri

Əmək qanunvericiliyini mükəmməl bilmək istəyən, kadr sənədləşməsinə maraq göstərən, daimi inkişaf axtaran, fərqliliyə və yeniliklərə üstünlük verən gənclərin diqqətinə!

30 illik təcrübəyə malik olan BSC konsaltinq öz komandasına İR sahəsində təcrübə proqramına namizəd axtarır.

Özünə güvənən, sözün əsl mənasında əmək qanunvericiliyi sahəsində konsultant (məsləhətçi) olmaq istəyən şəxsləri aramızda görməkdən məmnun olarıq.

Proqram kimlər üçün nəzərdə tutulmuşdur?

  • tələbələr
  • məzunlar
  • İR sahəsinə dair nəzəri bilikləri olan və praktik təcrübəyə ehtiyacı olan şəxslər

Proqramın müddəti: 3ay

Son qeydiyyat tarixi: 01.09.2024

Proqramın təlim hissəsi ödənişsizdir.

Proqram iştirakçıların sayı: 5 nəfər

İştirakçılar müsabiqə yolu ilə seçiləcəklər.

Bacarıqlar

Proqramın özəllikləri:

- Nəzəri biliklərin İR sahəsində uzun müddətli iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən keçirilməsi;
- Nəzəri biliklərin təcrübəyə tətbiq edilməsi, tətbiq zamanı yaranacaq çətinliklərin aradan qaldırılması və daha effektiv həll yollarının peşəkar təcrübəyə dayanaraq əldə edilməsi;

- İş təcrübəsi olmayan şəxslər üçün korporativ mədəniyyət, daxili nizam-intizam, müştəri ilə davranış qaydaları ilə tanış olmaq fürsətinin əldə edilməsi;

- Hər bir proqram iştirakçısına təcrübəli İR mütəxəssisin koordinator qismində təyin edilməsi;

- Nəzəri biliklərin təcrübədə tətbiq edilməsinin Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə həyata keçirilməsi;

- Fərqlənmiş iştirakçılara gələcəkdə İR sahəsində karyera qurulması ilə bağlı “BSC" MMC tərəfindən dəstək olunması.


Proqrama qoşulmaq istəyənlər CV-lərini "İnsan Resursları üzrə Təlim-Təcrübə proqramı" başlığı altında hr@bsc-group.az email ünvanına göndərə bilərlər. 

Elanın bitmə tarixi 2024-01-09
Staj 0
Yaş həddi 18-35
Təhsil Orta və ali təhsil
İş rejimi Razılaşma ilə
E-mail hr@bsc-group.az
Cv yükləyin

Digər vakansiyalar

Mühasib - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdiril...
Aparıcı mühasib - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini t...
Hüquq üzrə Təlim-Təcrübə proqramı Sahibkarlıq (biznes) hüququnu mükəmməl bilmək istəyən, peşakar hüquqşünas olmaq istəyən, nəzəri bilikləri praktikada tətbiq etmək istəyən, daimi inkişaf axta...