BSC - Business Service Centre 1997-ci ildən sizinlə

Vəzifə öhdəlikləri

- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;

- 1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;

- Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi;

- Baş mühasibin və aparıcı mühasibin tapşırıqlarını yerinə yetirmək;

- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;

- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;

- Elektron qaimə-faktura, hesab-fakturalarının işlənməsi;

- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;

- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;

- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.

Bacarıqlar

- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;

- Mühasibat müxabirləşmələrini mükəmməl bilən;

- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;

- MC Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;

- Rus dili və ingilis biliyi (arzuolunandır);

- Komandada işləmə bacarığı;

- Analitik düşünmə qabiliyyəti;

- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.


Əmək haqqı müsahibə əsasında müəyyən olunur.

Elanın bitmə tarixi 2024-08-31
Staj 3
Yaş həddi 25+
Təhsil Ali təhsil
İş rejimi 6 günlük
E-mail hr@bsc-group.az
Cv yükləyin

Digər vakansiyalar

Aparıcı mühasib - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini t...
İnsan Resursları üzrə aparıcı mütəxəssis - Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi v...
Baş hüquqşünas (Korporativ sahə üzrə) - Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və ...
Çin dili üzrə tərcüməçi - Məlumatın dəqiq ötürülməsini təmin etmək və iki tərəf arasında mübadiləni asanlaşdırmaq üçün işgüzar danışıqlar, konfranslar və s. kimi tədbirlərdə Çin dil...