Hazır Mühasib Akademiyası

Müasir dövrümüzdə gənclərin mühasibatlıq sahəsinə marağı günü gündən artır. Lakin indiki zamanda güvənəbiləcəyiniz təlim mərkəzi, mühasibatlığın hər bir istiqamətini əhatə edən təcrübə yeri və, ən əsası, sonunda iş yeri tapmaq çox çətinlik təşkil edir.


Məhz buna görə “Business Service Centre” və “İqtisadi Araşdırmalar və Tədris Mərkəzi” komandası ölkədə ilk olacaq bir layihədə üçün güclərini birləşdirdi.

Hazır Mühasib Akademiyası = Təlim + Təcrübə + İşlə Təminat!🤩

Layihə çərçivəsində iştirakçılar İqtisadi Araşdırmalar və Tədriz Mərkəzinin peşakar müəllimləri tərəfindən əyani biliklərə sahib olacaq, Business Service Center MMC-in ekspertlərin iştiraki ilə əldə etmiş olduqları əyani biliklərinin tətbiqini həyata keçirəcək və sonda isə hər bir iştirakçı işlə təmin olunacaqdır.

Təlim

  • Maliyyə Uçotu - (ikili yazılış, hesablar planı ilə işləmə, müxabirələşmə, uçotun qurulması və aparılması, maya dəyərinin hesablanması, maliyyə hesabatlarının hazırlanması və s.);

  • Vergi Uçotu - (vergi və növləri, ƏDV və digər növlərin hesablanması, müxabirələşmələr, uçotun aparılması, bəyannamələrin (hesabat) hazırlanması, BTP proqramı, DSMF ayırmaları və əməkhaqqı hesablanması, e-gov portalları);

  • 1C 8.3 - (kassa mədaxil və məxaric əməliyyatları, bank mədaxil və məxaric əməliyyatları, alış əməliyyatı və alınmış malın geri qaytarılması əməliyyatı, satış əməliyyatı və satılmış malın geri qaytarılması əməliyyatı, işçilər və əmək haqqı üzrə əməliyyatlar, ƏDV reqlament və ayın bağlanması əməliyyatları, 1C 8.3-də hesabatlar);

  • Rəsmi Mühasibatlıq - (rəsmiləşmə əməliyyatları, qaimə və faktura tipli sənədlər, ezamiyyə və s. üzrə rəsmiləşmələr);

Təlim & Təcrübə

Təlimi bitirəndən sonra hər bir layihə iştirakçısı sektorda özünü artıq sübut etmiş mühasiblərlə birlikdə çalışacaq, fikir mübadiləsi edəcək və onlardan öyrənəcəklər. BSC Group-da keçiriləcək bu təcrübə proqramını daha da önəmli edən məqam isə təcrübəçilər tək bir sahə üzrə yox, bütün əməliyyatlar üzrə təcrübə keçəcəklər. 

 

Ən sonda, təcrübəni bitirdikdən sonra hər bir iştirakçını (ya da onlara artıq potensial mühasib də deyə bilərik) minimum 500+ AZN əməkhaqqı ilə uyğun şirkətlərdə müvafiq vakansiyalar üzrə işə cəlb edirik. 

 

Layihə ərzində iştirakçıların mühasibatlıq sektoru üzrə biliklərinin hərtərəfli təkmilləşdirilməsi üçün bundan əlavə olaraq: 

  • Əmək qanunvericiliyinin izahı ilə bağlı seminarlar təşkil ediləcək
  • Uğurlu mühasiblərlə görüşlər keçiriləcək
  • Korporativ davranış qaydaları ilə bağlı təlimatlar əldə edəcəklər.

...
HR "Təlim+Təcrübə" proqramı

İnsan Resursları üzrə peşəkar təlim-təcrübə proqramı

Ətraflı
...
Hazır Mühasib Akademiyası

Təlim + Təcrübə Proqramı + İşlə Təminat

Ətraflı
...
Performansın idarə olunması

Hörmətli iş adamları, İR üzrə mütəxəssislər və menecerlər!

Ətraflı