Əlilliyi olan şəxslərə qulluq edənlərə vergi güzəştində yenilik edilib

1 yanvar 2023-cü ildən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərlə əlilliyi olan şəxslərə qulluq edən valideynlərə və qəyyumlara vergi güzəşti verilib. Yeniliyi “vergiler.az”a “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim şərh edir.

Bu ildən qüvvəyə minmiş Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Misal. Neft və qazçıxarma müəssisəsində çalışan işçinin aylıq gəliri 800 manat olub. Muzdla çalışan fiziki şəxsin himayəsində daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs vardır. Fiziki şəxsin qanunla müəyyən edilmiş güzəştləri nəzərə almaqla onun aylıq gəlirindən hesablanmış gəlir vergisinin məbləğini müəyyən edək:

Fiziki şəxsin muzdlu işdən aylıq gəliri 2.500 manatdan az olduğu üçün gəlir vergisini Vergi Məcəlləsinin 101.1-1,102.1.6. və 102.3-cü maddələrini nəzərə almaqla hesabmalıyıq:

800 - 200 - 200 = 400 manat;
400 x 14% = 56 manat (gəlir vergisi);
800 x 3% = 24 manat ( MDSS);
800 x 0,5% = 4 manat (işsizlikdən sığorta haqqı);
800 x 2% = 16 manat (icbari tibbi sığorta haqqı);
800 - 56 - 24 - 4 - 16 = 700 manat.

Beləliklə, işçinin aylıq əməkhaqqı kimi alacağı məbləğ 700 manat olacaq.

 

2023-02-22

Mənbə

Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə...

Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhb...

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci də...