Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxsin vergi və sosial ödənişlərlə bağlı öhdəlikləri

“Muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxsin vergi və sosial ödənişlərlə bağlı öhdəlikləri” mövzunu Business Service Centre şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Ramin Mahmudzadə şərh edir.

Vergi Məcəlləsinin 16.1.7-1-ci maddəsinə əsasən, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirilməsini vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Bu fəaliyyət növləri aşağıdakılardır:

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət

Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət

Çəkməçi, pinəçi

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərini birlikdə nəzərdən keçirək.

Cədvəldə qeyd edilən fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan vergi ödəyiciləri bir qayda olaraq Vergı Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən Sadələşdirilmiş verginin ödəyiciləridir və bu Məcəllənin 221.8-ci maddəsinə əsasən sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyir. Eyni zamanda bu fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər  AR Sosial Sığorta haqqında qanunun 14.5.1-1 maddəsinə uyğun olaraq minimum aylıq əmək haqqının bu fəaliyyət növləri üçün müəyyən edilən faiz dərəcələrinə vurulmaqla sosial sığorta haqqını hesablayıb ödəməlidirlər.

Nəzərinizə çatdırmaq istərdim ki, Tibbi Sığorta Haqqında Qanunun 15-2.2.2 maddəsində nəzərdə tutulmuş şəxslər sığortalı qismində özləri çıxış edir və bu səbəbdən Vergı Məcəlləsinin 220.10-cu maddəsində qeyd edilən şəxslər eyni zamanda İTS haqqının ödəyiciləridir və minimum aylıq əmək haqınnın 4%-i həcmində sığorta haqqını hesablayıb ödəməlidirlər.

 

Yuxarıda qeyd olunanları misallarla izah edək.

Misal 1:

Yardımlı rayonunda qeydiyyatda olan fiziki şəxs, Bakı şəhərində fərdi fotoqraf olaraq fəaliyyət göstərir.

Bu zaman sadələşdirilmiş vergi fiziki şəxsin qeydiyyatda olduğu əraziyə görə deyil,fəaliyyətini faktiki həyata keçirtdiyi əraziyə uyğun olaraq hesablanacaq.(VM 221.8.2) 

 

Sadələşdirilmiş vergi (Bakı) :                         15(Sabit vergi məbləğ)*2(Əmsal)=30 azn

MDSS :                                               300(Minimum aylıq Ə/H)*5%*2(əmsal)= 15 azn

İTS :                                                                    300(Minimum aylıq Ə/H)*4%= 12 azn

 

Burada:

MDSS – Məcburi Dövlət Sosial Sığorta

İTS – İcbari Tibbi Sığorta

Göründüyü kimi, fərdi qayada fotoqraf fəaliyyəti ilə məşğul olan fiziki şəxs rayon qeydiyyatında olmağına baxmayaraq aylıq sabit vergi və sosial ödənişləri Bakı şəhəri üçün müəyyən edilmiş əmsallar əsasında hesablandı.

Vergi ödəyicilərini maraqlandıran digər bir sual isə ondan ibarətdir ki, muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən vergi ödəyicisi eyni dövrdə bir neçə ərazidə fəaliyyət göstərərsə onun vergi və sosial öhdəlikləri necə hesablanacaq?

Bildirmək istərdim ki, Vergı Məcəlləsinin 221.8.2-ci maddəsində qeyd edildiyi kimi,fiziki şəxs eyni dövrdə bir neçə ərazidə fəaliyyət göstərərsə bu zaman ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği hesablanıb ödənilməlidir.

 

Misal 2

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan fiziki şəxs eyni dövrdə,həm Yardımlı rayonunda, həm Gəncə, həm də Bakı şəhərində fəaliyyət göstərir. Bu halda vergi və sosial ödənişlərin hesablanması aşağıdakı kimi olacaqdır:

 

#Yardımlı

Sadələşdirilmiş Vergi :                      15( Sabit vergi məbləğ)*0.5(Əmsal)=7.5 azn

MDSS :                                          300(Minimum aylıq Ə/H)*3%*1(əmsal)= 9 azn

İTS :                                                             300(Minimum aylıq Ə/H)*4%= 12 azn

Cəmi: 28.5 manat

 

#Gəncə

Sadələşdirilmiş Vergi :               15( Sabit vergi məbləğ)*1.5(Əmsal)=22.5 azn

MDSS :                                    300(Minimum aylıq Ə/H)*3%*1(əmsal)= 9 azn

İTS :                                         300(Minimum aylıq Ə/H)*4%= 12 azn

Cəmi: 43.5 manat

 

#Bakı

Sadələşdirilmiş Vergi :               15( Sabit vergi məbləğ)*2(Əmsal)=30 azn

MDSS :                                    300(Minimum aylıq Ə/H)*3%*2(əmsal)= 18 azn

İTS :                                         300(Minimum aylıq Ə/H)*4%= 12 azn

Cəmi: 60 manat

Yuxarıdakı nümunələrdən də göründüyü kimi fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin,fəaliyyət göstərdiyi ərazilər içərisində ən yüksək əmsalı Bakı şəhəri təşkil edir və qeyd edilən vergi ödəyicisi Vergı Məcəlləsinin 221.8.2-ci maddəsini əsas götürərək Bakı şəhəri üçün müəyyən edilmiş əmsal əsasında hesablanan sabit vergi məbləğini ödəyəcək.

Muzdlu içşi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs “sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzi” almadan bu Məcəllənin 220.10-cu maddəsində qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslərə öz öhdəliklərini yerinə yetirmədiyi halda Vergı Məcəlləsinin 58.12-ci maddəsində qeyd edilən maliyyə sanksiyaları tətbiq edilir. Nəzərinizə çatdırım ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinə nəzarət Vergı Məcəlləsinin 50.1.10-cu maddəsinə əsasən operativ vergi nəzarəti tədbirləri çərçivəsində həyata keçirilir.

2022-08-26

Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?
Qiymətləndirmə fəaliyyəti necə tənzimlənir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə layihə...

Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?
Fərdi sahibkar şəxsi istehlak məqsədilə cəlb etdiyi vəsaitləri necə rəsmiləşdirməlidir?

Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhb...

Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?
Vergilər və sosial ödənişlər üzrə borcların silinməsi hansı ardıcıllıqla həyata keçirilir?

“Business Service Centre” şirkətinin maliyyə və mühasibatlıq işləri üzrə 2-ci də...