“BSC“ MMC-nin təsisçisi İkram Mütəllimov və şirkətin Satış-Marketinq Departamentinin rəhbəri Zaur Mütəllimov ADNSU tələbələri ilə görüşdülər.
Maraqlı fikir mübadiləsi şəraitində keçən görüşdə məqsəd gəncləri biznes, biznesin idarə edilməsi, biznes idarəçiliyi zamanı Hüquqi idarəetmənin əhəmiyyəti barədə maarifləndirmək olub.
Zaur Mütəllimov tələbələri Marketinq sektorunun fəaliyyət istiqamətləri ilə tanış edib, bu sahənin karyera və əmək münasibətlərində önəmli rola malik olduğunu, bu sahəyə olan tələbin getdikcə artdığını bildirib.
Tədbirin sonunda tələbələrin sual və təklifləri dinlənib və cavablandırılıb.Tələbələr də nümayəndələrə onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər və bildiriblər ki, bu kimi görüşlər onların gələcək uğurları üçün stimuldur.
Hər zaman təhsilə, xüsusilə gənclərin inkişafına önəm verən BSC Consulting 30 ilə yaxındır ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur.