Noyabrın 24-də “BSC Consulting” şirkətinin idarə heyəti üzvləri Gəncə şəhərindən olan sahibkarlarla görüşüb. Görüş onların sahibkarlıq fəaliyyətlərinin qanunvericilik prinsipi əsasında qurulması üçün maarifləndirilmə məqsədi daşıyırdı.
“BSC Consulting” şirkətinin təsisçisi İkram Mütəllimov şirkətin fəaliyyəti, gələcək planları, qarşıya qoyulan hədəflərin icra olunması haqqında görüş iştirakçılarına məlumat verdi.
Hüquq Departamentinin rəhbəri Rauf Əmiraslanov, Maliyyə Departamentinin rəhbəri Arzu Xəlilova və İnsan Resursları Departamentinin rəhbəri Təhminə Dəmirova öz çıxışlarında hüquq, maliyyə və kadr sahələri üzrə sahibkarların diqqət etməli olduqları məqamlar haqqında danışaraq, bu sahələrdə atılacaq düzgün addımların əhəmiyyətini vurğuladı.
Sahibkarlar da müzakirələrdə iştirak etdilər, onları maraqlandıran məsələlər haqqında məlumat alaraq, sonda xatirə şəkli çəkdirdilər.
“BSC Consulting” daimi olaraq sahibkarlarla onlara qanunvericilik çərçivəsində fəaliyyətlərinin düzgün qurulması üçün dəstək göstərərək görüşlər həyata keçirəcək.