BSC Consulting-in təşəbbüsü ilə Gəncə şəhərində yerləşən universitetlərin tələbələri ilə “Marketinq” mövzusunda təlimlər keçirildi.
Təlimlər GDU (Gəncə Dövlət Universiteti), ATU (Azərbaycan Texnologiya Universiteti), ADAU (Azərbaycan Dövlət Aqrar Universiteti) Universitetlərində baş tutdu.
BSC-nin Marketinq Departamentinin rəhbəri Zaur Mütəllimov bu təlimlərin tələbələr üçün böyük əhəmiyyətə malik olacağını vurğuladı. O, tələbələri sektorun fəaliyyət istiqamətləri ilə tanış edib, Marketinq sahəsinin karyera və əmək münasibətlərində önəmli rola malik olduğunu bildirdi. Eyni zamanda Marketinq-in tarixi, mövcud vəziyyəti haqqında iştirakçıları məlumatlandırdı. Əmək bazarında bu sahəyə olan tələbin getdikcə artdığını qeyd etdi.
Sonda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırıldı.
Hər zaman təhsilə, insan resurslarının, xüsusilə gənclərin inkişafına önəm verən BSC Consulting 25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur.