“Networking Azerbaijan” iş adamları klubunun “NetTalks” adlı növbəti görüşü baş tutmuşdur.
Görüşün spikeri olan “BSC” MMC-nin təsisçisi İkram Mütəllimov “Hüquq və biznes” mövzusunda çıxış etmiş, qonaqlarla dəyərli məlumatlar bölüşmüşdür. 40 ildən artıq təcrübəyə malik İkram Mütəllimov hüquq sahəsinin müəssisələrin fəaliyyətindəki önəmi ilə bağlı vacib nüansları vurğulayaraq bu barədə verilən sualları ətraflı şəkildə cavablandırmışdır.
Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.
Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar.
Müxtəlif sektordan sahibkarların iştirakı ilə keçirilən tədbir zamanı maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.